Bank Of Baku

Rusiyada PUA hücumu nəticəsində yaşayış binası qismən dağılıb

Rusiyada PUA hücumu nəticəsində yaşayış binası qismən dağılıb
# 13 avqust 2023 23:53 (UTC +04:00)

Pilotsuz təyyarənin hücumu nəticəsində Belqorodda 5 mənzil, eləcə də 16 avtomobil zədələnib.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, 13-cü mərtəbədən 7-ci mərtəbəyə kimi fasad dağıdılıb. Mənzillərin pəncərələri sınıb, kondisionerlər sıradan çıxsa da, sakinlər arasında xəsarət alan olmayıb. Fasadın dağılan hissələri həyətdə dayanan avtomobillərin üzərinə düşüb, 16 avtomobil zədələnib.

Qubernatorun sözlərinə görə, bazar ertəsi evin texniki vəziyyəti ilə bağlı rəy hazırlanacaq və bərpa işlərinə başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR