Bank Of Baku

Rusiyada PUA-lardan istifadənin müvəqqəti qadağan olunması təklif olunub

Rusiyada PUA-lardan istifadənin müvəqqəti qadağan olunması təklif olunub
# 04 may 2023 16:12 (UTC +04:00)

Rusiyada dronların istifadəsinə müvəqqəti moratorium tətbiq edilməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn bildirib.

Deputat bildirib ki, bununla bağlı nəqliyyat naziri Vitali Savelyevə və Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradkoya müvafiq müraciət göndərib.

“Söhbət təkcə hava dronlarından deyil, həm də yer/yeraltı və su/yerüstü pilotsuz uçuş aparatlarından gedir”, - deyə rusiyalı parlamentari vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR