Bank Of Baku

Rusiyada qatara PUA hücumu olub, yanacaq vaqonları partlayaraq relsdən çıxıb - VİDEO

Rusiyada qatara PUA hücumu olub, yanacaq vaqonları partlayaraq relsdən çıxıb - VİDEO
# 14 may 2024 09:44 (UTC +04:00)

Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.

APA Xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata əsasən, qatarın relsdən çıxmasına səbəb pilotsuz uçuş aparatının (PUA) hücumu olub. Nəticədə yanacaqla dolu iki sistern alışıb, sonra biri partlayıb. Yanacağın dağılması nəticəsində yanğın baş verib.

Ümumilikdə doqquz vaqonun relsdən çıxdığı vurğulanıb. Hazırda hadisə yerində yanğınsöndürənlər fəaliyyət göstərir.

Zərərçəkənlərin olmadığı qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR