Rusiyadan Avropaya Ukrayna vasitəsi ilə qaz nəql olunan kəmərdə partlayış baş verib.
APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə Çuvaşiya ərazisində qeydə alınıb.
Urenqoy-Pomarı-Ujqorod magistral ixrac qaz kəmərində baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
Fövqəladə Hallar Nazirliyinin Çuvaşiya Respublikası üzrə Baş İdarəsindən bildirilib ki, hadisə Çeboksardan təxminən 50 km cənubda baş verib. Yambaxtino kəndi yaxınlığında yeraltı qaz kəmərində yanğınla nəticələnən sızma baş verib.