Rusiya Federasiyasının Kemerovo vilayətindəki şaxtada qalan 128 nəfər Yer üzərinə çıxarılıb.
APA-nın TASS agentliyinə istinadla xəbərinə görə, qəza vəziyyətinin yaranması nəticəsində ölən olmayıb.
İlkin məlumata görə, şaxtada kömür laylarının qızması baş verib. Həyəcan siqnalı işə düşdüyü üçün xilasetmə əməliyyatı başlayıb.
***
20.28
Rusiya Federasiyasının Kemerovo vilayəti prokurorluğu A.D.Ruban adına şaxtada baş verən qəza ilə bağlı təhqiqata başlayıb.
APA-nın xəbərinə görə, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, prokurorluq əməkdaşları şaxtada əmək təhlükəsizliyi normalarına əməl edilməsinin vəziyyətini yoxlayırlar. Hadisə yerinə vilayət prokurorunun müavini, Leninsk-Kuznetsk rayonunun prokuroru və kömür hasilatı sahəsinə nəzarət edən prokuror gəlib.
***
19.55
Rusiyanın kömür şaxtasında qəzalı vəziyyət yaranıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kemerovo vilayətində A.D Ruban adına şaxtada olan 128 nəfərdən 120-i artıq xilas edilib.
Evakuasiya prosesi davam edir.