Rusiyada silahlı qiyama cəhd fonunda Belarus ordusunun tam döyüş hazırlığına gətirildiyi məlum olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün general rütbələrinin təqdimat mərasimində çıxışında bildirib.
O qeyd edib ki, Rusiyada baş verən hadisələr fonunda ordunun tam döyüş hazırlığına gətirilməsi barədə göstəriş verib.
"Mən ordunun tam döyüş hazırlığına gətirilməsi üçün bütün əmrləri verdim" -deyə Belarus lideri vurğulayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkoya qiyamın nizamlanmasına verdiyi töhfəyə görə təşəkkür edib.