Bank Of Baku

Rusiyada qocalar evi yanıb, 20 nəfər həlak olub - YENİLƏNİB

Rusiyada qocalar evi yanıb, 20 nəfər həlak olub  - YENİLƏNİB
# 24 dekabr 2022 04:51 (UTC +04:00)

Kemerovodakı qocalar evində baş verən yanğında 20 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə TASS Rusiya FHN-ə istinadla məlumat verib.

Hazırda hadisə yerində axtarışlar davam edir.

***

03.19

Rusiyada qocalar evində yanğında 13 nəfər ölüb

Rusiyanın Kemerovo şəhərindəki qocalar evində baş verən yanğında 13 nəfər ölüb, 7 nəfər itklin düşüb.

APA-nın xəbərinə görə, bina bütnlükdə yanıb. 2 nəfər xəstəxanaya yerləşdirilib.

***

01.40

Rusiyanın Kemerovo şəhərində ikimərtəbəli özəl qocalar evi yanıb.

APA-nın məlumatına görə, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

“Kemerovonun Tavriçeskaya küçəsində yerləşən özəl qocalar evində yanğın baş verib. 9 nəfər ölüb”, - deyə mənbə bildirib.

Yanğınsöndürənlər gələnə kimi 180 kvadratmetr sahə yanıb. Yanğınla bağlı məlumatın Fövqəladə Hallar Nazirliyinə gec daxil olması yanğının genişlənməsinə şərait yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR