Bank Of Baku

Rusiyada radarlardan itən helikopter tapılıb, ekipaj üzvlərinin hamısının sağdır - YENİLƏNİB

Rusiyada radarlardan itən helikopter tapılıb, ekipaj üzvlərinin hamısının sağdır - YENİLƏNİB
# 03 sentyabr 2024 11:59 (UTC +04:00)

İrkutskla ilə Buryatiya sərhədində radarlardan itən Mi-8 helikopteri tapılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib.

O, ekipaj üzvlərinin hamısının sağ olduğunu açıqlayıb.

“Məndə olan məlumata görə, ekipaj üzvlərinin hamısı sağdır”, - deyə qubernator vurğulayıb.

İlkin ehtimala görə, helikopter qəzaya uğrayıb. Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

***

11.36

Rusiyada İrkutsk-Orlik marşrutu üzrə uçan Mi-8 helikopteri ilə əlaqə kəsilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, helikopterin göyərtəsində olan insanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR