Rusiya Dövlət Dumasının deputatı Dmitri Qusev ölkə ərazisində bir sıra məhsulların satışının qadağan edilməsi təklifini irəli sürüb.
APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, söhbət "Roshen" və "Konti" şirniyyatlarından, "Nemiroff", "Xortitsa" araqlarından və bir sıra digər məhsullardan gedir.
Bildirilib ki, buna səbəb bu məhsulların Ukrayna istehsalı olması və onların satışından əldə olunan gəlirin bir hissəsinin Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsinə yönəldilməsidir.