Bank Of Baku

Rusiyada saxlanılan ukraynalı əsirlərin sayı açıqlanıb

Rusiyada saxlanılan ukraynalı əsirlərin sayı açıqlanıb
# 20 oktyabr 2022 17:20 (UTC +04:00)

600-dən çox Ukrayna hərbçisi Rusiyada əsirlikdədir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-nin Baş Qərargahındakı daimi nümayəndəsi Qennadiy Qatilov bu gün brifinq zamanı deyib.

Qatilov onu da əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələrinin Rusiyaya 5-6 səfəri olub və onlar ukraynalı əsirlərlə görüşüblər. O, Rusiyada əsirlərə qarşı pis rəftarın olmadığını deyib.

“Biz BQXK-ya bəyan etmişik ki, əsirlər məsələsi ilə bağlı əməldaşlığı davam etdirəcəyik. Bəzən onlardan hər birinin ziyarətini təşkil etmək olmur, lakin problem bu ziyarətlərin sayında deyil, keyfiyyətində və əldə olunan nəticələrdədir”, - Qatilov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR