Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan ölənlərin sayı 30-a çatıb.
APA-nın xəbərinə görə, bu barədə vilayətin regional və informasiya siyasəti nazirinin müavini İnna Averkova bildirib.
Nazir müavini əlavə edib ki, hazırda 23 nəfərin xəstəxanalarda müalicəsi davam edir, onlardan 5 nəfəri süni nəfəs aparatına qoşulub.
***
17:46
Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan ölənlərin sayı 29-a çatıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
***
11.28
Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı artıb.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 26 nəfərə çatıb.
***
8 oktyabr, saat 20:48
Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 21-ə çatıb.
APA bildirir ki, bu barədə “REN TV” xəbər verib.
Telekanalın verdiyi məlumata görə, daha 25 nəfər zəhərlənib, onlardan 23-ü hələ xəstəxanadadır. Zəhərlənənlərdən ikisinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, ötən gün Orenburq vilayətinin bir neçə yaşayış məntəqəsinin sakinləri saxta spirt içdikdən sonra zəhərləniblər. İlkin versiyaya görə, spirt Orsk şəhərində Vokzalnoe şosesi küçəsindəki ticarət və satınalma məntəqəsindən satılıb. Oradakı anbarda axtarış aparılıb və axtarış zamanı hüquq-mühafizə orqanları əməkdaşları içərisində naməlum spirt olan mayenin töküldüyü 0,5 litr həcmli 1279 şüşə və polimer şüşə aşkar ediblər. Bütün konteynerlərdə lazımi qeydlər aparılmayıb.
Hadisənin araşdırılması ilə İstintaq Komitəsinin mərkəzi aparatı məşğul olur.
***
Saat 09:15
Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içkidən ölənlərin sayı 14 nəfərə çatıb.
APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə nəticəsində daha 8 nəfər zəhərlənib.
Hüquq-mühafizə orqanları içkinin satışını həyata keçirən 3 satıcını saxlayıblar.
***
Saat 03:20
Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 11 nəfərə çatıb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır.
APA xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.
Ölənlərin qanında metanol maddəsi tapılıb. Həkimlərin açıqlamasına görə, aşkar edilən metanol ölümcül dozadan dəfələrlə çox olub.
Hadisə ilə əlaqədar Orenburq vilayətinin qubernatoru Denis Pasler bölgəsinin ərazi rəhbərləri ilə təcili toplantı keçirib. Qubernator əhaliyə qanunsuz alkoqollu içkilərin alınmasının və qəbul edilməsinin yolverilməzliyi barədə məlumat verməyi tapşırıb.
Faktla bağlı cinayət işi açılıb.