Bank Of Baku

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - VİDEO - YENİLƏNİB

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - VİDEO  - YENİLƏNİB
# 26 sentyabr 2022 10:49 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.

APA "Lenta.ru"-ya istinadən xəbər verir ki, regionun qubernatoru İqor Kobzev məlumatı təsdiqləyib.

O, Telegram kanalında bildirib ki, atışma nəticəsində yaralanan hərbi komissar reanimasiyaya yerləşdirilib, vəziyyəti kritikdir.

O, qubernatora atəş açan şəxsin saxlanıldığını əlavə edib.

***

10:24

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.

APA Rusiyanın “Mash” Telegram kanalına istinadən xəbər verir ki, hadisə hərbi komissarlıqda baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Ruslan Zinin saxlanılıb.

Onun hərbi komissar Aleksandr Yeliseyevə 6 dəfə atəş açdığı bildirilir.

Hərbi komissarın ağır vəziyyətdə olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR