Bank Of Baku

Rusiyada şəhər, vilayət rəhbərliyinə və regional parlamentlərə seçkilər keçirilir

Rusiyada şəhər, vilayət rəhbərliyinə və regional parlamentlərə seçkilər keçirilir
# 08 sentyabr 2023 13:40 (UTC +04:00)

Rusiyada şəhər, vilayət rəhbərliyinə və regional parlamentlərə seçkilər keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, üç günlük seçkilər üçün artıq səsvermə başlayıb. Səsvermə həm məsafədən, həm də əyani keçirlir. Seçicilər Mərkəzi Seçki Komissiyasının saytına daxil olub, qeydiyyatdan keçib müvafiq səsvermədə iştirak edə bilirlər.

Sentyabrın 8-10-da Rusiyanın 21 regionda qubernatorlar, 20-də yerli parlamentlər, Moskvada isə mer seçilir.

Moskvada Seçkilərin Monitorinqi üzrə İctimai Qərargahının açıqladığı məlumata görə, paytaxt merinə seçkilərin keçirildiyi ilk 4 saat ərzində məsafədən elektron səsvermədə 500 mindən çox insan iştirak edib.

Bundan başqa, Rusiya ələ keçirdiyi Ukrayna ərazilərində də yerli “parlamentlərə” seçkilər elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR