Bank Of Baku

Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140-a çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140-a çatıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 29 iyul 2024 15:48 (UTC +04:00)

Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

APA xəbər verir ki, Kazan-Adler sərnişin qatarının vaqonlarının relsdən çıxması nəticəsində xəsarət alanların sayı 140-a çatıb.

Xəsarət alanlardan 15-i xəstəxanaya yerləşdirilib, onlardan 3-ü uşaqdır.

***

14.45

Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

APA-nın “mk.ru” istinadən xəbərinə görə, hadisə nəticəsində sərnişinlər arasında 20-dən yaralının olduğu bildirilib.

Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Şahidlərin dediyinə görə, hadisəyə səbəb “Kamaz” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR