Rusiyanın Sankt–Peterburq şəhərinin Kirovski rayonu, Oxotniçy zolağı 9 ünvanında atışma olması barədə polisə məlumat daxil olub.
APA Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatına əsasən xəbər verir ki, hadisə ilə bağlı 2 kollec tələbəsi saxlanılıb.
Onlardan birinin üzərindən patronsuz tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.