Bank Of Baku

Rusiyada silahlı şəxs bağçada 3 nəfəri öldürüb, özü isə intihar edib

Rusiyada silahlı şəxs bağçada 3 nəfəri öldürüb, özü isə intihar edib
# 26 aprel 2022 14:22 (UTC +04:00)

Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasında silahlı insident olub.

APA-nın Rusiya bürosunun "Mash" Telegram kanalına istinadən verdiyi məlumata görə, hadisə Veşkayma rayonunun SSRİ-nin 50 illiyi küçəsindəki "Ryabinka" uşaq bağçasında baş verib.

Xəbərə görə, silahlı şəxs 5 və 6 yaşlı iki uşağı və tərbiyəçi Olqa Mitrofanovanı öldürüb, sonra isə özünü güllələyib.

İlkin xəbərə əsasən, hücum edən şəxsin adı Aleksandr Dronindir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR