Rusiyada son sutka ərzində daha 17 906 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanlar 5 299 215 nəfərə çatıb.
Son sutka ərzində 466 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 128 911 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.