Rusiyada koronavirus infeksiyasına sutka ərzində 11 006 nəfər yoluxub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu bu barədə "Rospotrebnadzor"-dan bildirilib.
Qeyd olunub ki, Rusiyada 2022-ci il oktyabrından bəri ilk dəfə olaraq sutka ərzində 11 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb.
Operativ qərargahdan bildirilib ki, son sutka ərzində COVİD-19-dan 30 nəfər ölüb.