Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 47 093 nəfər yoluxub.
APA-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, indiyədək koronavirusa yoluxanların sayı 19 milyon 359 min 066 nəfər olub.
Son sutka ərzində bu virusdan 90 nəfərin öldüyü bildirilib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 384 min nəfərə çatıb.