Rusiyada son sutka ərzində daha 38 823 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 070 674 nəfərə çatıb.
Son sutka ərzində 1219 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstəricidir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 255 386 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.
Rusiyada son sutkada koronavirusdan 1219 nəfər ölüb
14 noyabr 2021 12:08 (UTC +04:00)
MDB
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
15:40
28 aprel 2024
Zaxarova: Qərbdə dondurulmuş Rusiya aktivləri toxunulmaz qalmalıdır
13:36
28 aprel 2024
Ermənistanda sərhədin delimitasiyasına etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağlayıb
13:23
28 aprel 2024
Rusiya Ukraynanın sabiq Baş prokurorunu və deputatlarını axtarışa verib
13:10
28 aprel 2024