Bank Of Baku

Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi məlum olub

Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi məlum olub
# 24 oktyabr 2022 06:44 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.

APA xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, uçuş zamanı iki qağayı “Su-34”ün mühərriklərinə daxil olub.

“Onların parçaları mütəxəssislər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən tapılıb. Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR