Bank Of Baku

Rusiyada Su-35 qəzaya uğradığı bildirilən Mi-8-i PUA ilə səhv salaraq vurub

Rusiyada Su-35 qəzaya uğradığı bildirilən Mi-8-i PUA ilə səhv salaraq vurub
# 02 oktyabr 2026 14:50 (UTC +04:00)

Rusiyanın Su-35 təyyarəsi Voronej vilayətində Mi-8 helikopterini dronla səhv salaraq vurub.

APA xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.

Bildirilib ki, insident zamanı üç nəfər ölüb.

"Dosye şpiona" kanalının məlumatına görə, hadisə 1 oktyabrda kütləvi dron hücumunun dəf edilməsi zamanı baş verib.

Su-35 ekipajı Mi-8-i səhvən PUA kimi müəyyən edib və ona atəş açıb.

Helikopter Voronej vilayətinin Anninski rayonunda, Voronejdən təxminən 80 km aralıda qəzaya uğrayıb. Pilot, şturman və tuşlayıcı həlak olub.

"Oko Qora" Telegram kanalı bildirir ki, Mi-8 uçuş-enmə zolağında olub və dron təhlükəsi elan edildikdən sonra havaya qalxıb, daha sonra isə Su-35-in atəşinə məruz qalıb. Kanalın məlumatına görə, vertolyotu dronla səhv salıblar.

Qeyd edək ki, bu, Rusiya Mi-8-nin Ukraynanın dron hücumunu dəf edərkən vurulması ilə bağlı ilk hal deyil. 4 mart gecəsi Rusiya hərbi helikopteri Rostov vilayətinin Dudki kəndində, Millerovo hərbi aerodromundan təxminən 2,5 km məsafədə qəzaya uğrayıb. ASTRA-nın məlumatına görə, Mi-8 Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və yerli fermerin tövləsinə çırpılıb. Hər üç heyət üzvü həlak olub.

Xatırladaq ki, ötən gün Rusiyanın Voronej vilayətində Mi-8 hərbi helikopterinin qəzaya uğradığına dair xəbər yayılıb. Rusiya mediasının məlumatına görə, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən ərazidə tarlaya düşüb. Helikopterin göyərtəsində pilot, şturman və tuşlayıcı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR