Bank Of Baku

Rusiyada sutkalıq yoluxma sayı yeni rekord vurub

Rusiyada sutkalıq yoluxma sayı yeni rekord vurub
# 04 fevral 2022 12:40 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 168 201 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 452 765 nəfərə çatıb.

Son sutka ərzində 682 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 334 039 nəfərə çatıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR