Rusiyada tank istehsalı 6, PUA istehsalı 17 dəfə artıb

Rusiyada tank istehsalı 6, PUA istehsalı 17 dəfə artıb
# 21 fevral 2024 00:44 (UTC +04:00)

Rusiyada tank istehsalı 6 dəfə artıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onum sözlərinə görə, Rusiya qoşunlarında PUA-ların sayı 17 dəfə, döyüş sursatı 17,5 dəfə, tanklar 6 dəfə artıb.

"Təbii ki, zirehli texnika gücləndirilir. Biz dronlardan qorunmaq üçün zirehlər quraşdırırıq, zirehli transportyorlarda və piyadaların döyüş maşınlarında zirehli mühafizə gücləndirilir. Demək olar ki, tankların sayını 6 dəfə artırmışıq, onlar təkmilləşdirilir və müasirləşdirilir”, - deyə Şoyqu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR