Rusiyada Salexarddan Moskvaya uçan təyyarə məcburi eniş edib.
APA “mk.ru”ya istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən biri - 1992-ci il təvəllüdlü kişinin özünü pis hiss etməsi olub.
Ekipaj komandiri Sıktıvkar hava limanına məcburi eniş etmək qərarına gəlib.
Hava limanına gələn həkim briqadası xəstənin həyatını xilas edə bilməyib.
Hadisənin təfərrüatları açıqlanmayıb.