Bank Of Baku

Rusiyada təyyarənin binaya çırpılması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Rusiyada təyyarənin binaya çırpılması nəticəsində ölənlərin sayı 14-ə çatıb
# 18 oktyabr 2022 16:54 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində dağıntılar altında qalan daha bir nəfərin meyiti çıxarılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bununla da ölənlərin sayı 14-ə çatıb.

Yaralananlar isə 19 nəfərdir.

Qeyd edək ki, oktyabrın 17-də Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində SU-4 qırıcı təyyarəsi yaşayış binasına çırpılıb. Təyyarənin qəzaya uğramasının səbəbi texniki nasazlıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR