Rusiyanın Kamçatka vilayətində Klyuçevskaya Sopka vulkanı yaxınlığında dərəyə düşən 9 turistin cəsədi ərazidən çıxarılıb.
APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, hadisə sentyabırn 3-də baş verib.
İki bələdçi ilə ümumilikdə 12 nəfərlik heyətdən ibarət turist qurupundan 3 nəfər sağ qalıb.
Xilasedicilər 4158 metr yüksəklikdə aşkar edilən meyitləri ərazidən götürüb.