Bank Of Baku

Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ ləğv edilmir - YENİLƏNİB

Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ ləğv edilmir - YENİLƏNİB
# 13 yanvar 2023 16:07 (UTC +04:00)

Rusiyada üç uşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüququ qüvvədə qalır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Vahid Rusiya” Partiyasının Ali Şurasının katibi Andrey Turçak bildirib.

Onun sözlərinə görə, üç və ya daha çox uşağı olan kişilər üçün səfərbərlikdən möhlət hüququ qüvvədə saxlanılır, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının bu direktivi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu gün “Kommersant” Dövlət Dumasının deputatı Nina Ostaninaya istinadən Rusiyada üç uşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüququnun ləğv edildiyi barədə məlumat yaymışdı.

***

12:08

Rusiyada üç uşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüquq ləğv edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Kommersant” Dövlət Dumasının deputatı Nina Ostaninaya istinadən məlumat yayıb.

Qeyd edək ki, 16 yaşınadək üç və daha çox uşağı olan kişilərə qismən səfərbərlikdən möhlət hüququ 2022-ci ilin oktyabr ayında verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR