Rusiyada uşaq sanatoriyası yaxınlığındakı meşədə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Rusiyada uşaq sanatoriyası yaxınlığındakı meşədə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
# 28 iyun 2021 00:10 (UTC +04:00)

Moskvanın Lyubertsı şəhərində yerləşən 12 saylı bronxial uşaq sanatoriyası yaxınlığındakı meşə massivində baş verən yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə paytaxtın Təcili Yardım Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın 11.9 hektar ərazini əhatə edib. Xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğının söndürülməsi üçün havaya qaldırılan iki helikopter 160 ton sudan istifadə edib.

***

27 iyun, saat 20:06

Moskvanın Lyubertsı şəhərində yerləşən 12 saylı bronxial uşaq sanatoriyası yaxınlığındakı meşə massivində yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə paytaxtın Təcili Yardım Xidməti məlumat yayıb.

Malaxovka kəndi ərazisində baş verən yanğın meşənin 0,7 hektarını əhatə edib.

Yanan ərazidən 900 metr məsafədə yerləşən sanatoriyada hazırda 77 uşağın və 12 işçinin olduğu bildirilir.

Yanğının söndürülməsi üçün Moskva Aviasiya Mərkəzinin “APU-5” və “Ka-32” helikopteri havaya qaldırılıb.

Uşaqların evakuasiyası üçün sanatoriyaya üç avtobus göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR