Rusiyada uşaqları daşıyan avtobus xəndəyə aşıb, 17 nəfər xəsarət alıb

Rusiyada uşaqları daşıyan avtobus xəndəyə aşıb, 17 nəfər xəsarət alıb
# 12 fevral 2024 14:34 (UTC +04:00)

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, 13-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, avtobusdakı məktəblilər Pskov şəhərinə gedirmişlər. Qəza zamanı avtobusun salonunda ümumilikdə 18 uşaq və onları müşayiət edən 3 böyüklə yanaşı, sürücü olub. Sürücü yük maşını ilə toqquşmadan yayınmağa çalışsa da, avtobus xəndəyə düşüb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR