Rusiyada “Vikipediya”-nın “Bilik” portalı ilə əvəzlənməsi planlaşdırılır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev bildirib.
Onun sözlərinə görə, “Vikipedia”-nı əvəz edəcək portal rəsmi olaraq gələn ilin əvvəlində istifadəyə veriləcək.
“Vikipediya”nı əvəz edəcək “Bilik” portalının sınaq versiyası artıq hazırdır. “Vikipediya”dan fərqli olaraq, portalda məqalələr yazmaq üçün tam ad, soyad və ata adınızı, vəzifənizi, elmi maraq dairənizi və s. göstərilməklə anket doldurmaq tələb olunur.