Bank Of Baku

Voronej-Sankt-Peterburq reysi üzrə uçan təyyarə təcili eniş edib

Voronej-Sankt-Peterburq reysi üzrə uçan təyyarə təcili eniş edib
# 04 sentyabr 2019 12:39 (UTC +04:00)

Rusiyada Voronej-Sankt-Peterburq reysini həyata keçirən "Rusline" Hava Yollarına məxsus sərnişin təyyarəsi Voronej hava limanına geri dönərək təcili eniş edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının nümayəndəsi Natalya Şermina bildirib.

"Təyyarə eniş edib, xəsarət alan yoxdur. Hər şey yaxşıdır", deyə o bildirib.

Hava limanının nümayəndəsi qeyd edib ki, təyyarənin təcili eniş etməsinin səbəbi onun şassisində yaranan problemdir. 

N.Şermina bildirib ki, 50 yer üçün nəzərdə tutulan Bombardier CRJ-100/200 təyyarəsinin sərnişinləri hazırda hava limanının binasındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR