Bank Of Baku

Rusiyada vulkana qalxan 5 turist ölüb

Rusiyada vulkana qalxan 5 turist ölüb
# 03 sentyabr 2022 14:40 (UTC +04:00)

Rusiyanın Kamçatka bölgəsində Klyuçevskaya Sopka vulkanına qalxarkən beş turist yıxılaraq ölüb, daha ikisi yaralanıb.

APA-nın Rusiya bürosunun yerli KİV-ə istinadən verdiyi məlumata görə, avqustun 30-da Altay, Primorsk, Kamçatka diyarının, Moskva, Novosibirsk və Vladimir vilayətlərinin sakinləri olan turistlər vulkana qalxmağa başlayıb.

4000 metr yüksəklikdə beş turist yıxılaraq ölüb, daha ikisi yaralanıb. Onların arasında olan bələdçi də ayağını sındırıb.

Xilasedicilərin bazar günü səhər onlara doğru irəliləyəcəkləri bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR