Rusiyada xarici vətəndaşlara ordu və hakimiyyəti tənqid etmək qadağan olunacaq

Rusiyada xarici vətəndaşlara ordu və hakimiyyəti tənqid etmək qadağan olunacaq
# 29 noyabr 2023 11:09 (UTC +04:00)

Rusiyaya daxil olan xarici vətəndaşlara ordu və hakimiyyəti tənqid etmək, eləcə də ənənəvi dəyərləri inkar etmək qadağan olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi ölkəyə daxil olan bütün xarici vətəndaşları bir sıra məhdudiyyətlərə əməl etməyə razılıq verməyi nəzərdə tutan xüsusi loyallıq müqaviləsi imzalamağa məcbur etməyi təklif edib.

Xüsusən də əcnəbilər bu sənədi imzalamaqla “Rusiya Federasiyasının dövlət siyasətini nüfuzdan salmamaq, ənənəvi ailə dəyərlərini inkar etmək, qeyri-ənənəvi cinsi münasibətləri təbliğ etməmək və sovet xalqının faşizm üzərində qələbəyə töhfəsini təhrif etməmək öhdəliyi götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR