Rusiyanın Oryol vilayətində yanacaq-energetika kompleksinin obyektinə iki pilotsuz uçuş aparatı (PUA) düşüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, region qubernatoru Andrey Klıçkov məlumat verib.
Onun sözlərinə görə, nəticədə yanğın baş verib.
Qubernator PUA hücumu nəticəsində üç nəfərin yaralandığını və yanğının lokallaşdırıldığını söyləyib.
O, hadisə yerində fövqəladə hallar xidmətinin işlədiyini və vəziyyətin nəzarətdə olduğunu bildirib. Klıçkov şəhər sakinlərindən ayıq-sayıq olmağı xahiş edib.