Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB-2

Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb,  5 nəfər yaralanıb - YENİLƏNİB-2
# 07 dekabr 2023 11:54 (UTC +04:00)

Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.

Ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını və insidenti törədən 7-ci sinif şagirdi Alina A. intihar etdiyini bildirib.

***

11:26

Rusiyanın Bryansk şəhərində 7-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.

APA TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını bildirib.

Hadisəni törədən 7-ci sinif şagirdi Alina A. insidentdən sonra intihar edib.

***

11:13

Rusiyanın Bryansk şəhərində 7-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.

APA TASS-a istinadən xəbər verir ki, Bryansk şəhər administrasiyası hadisə zamanı 2 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Ölənlərdən birinin hadisəni törədən qızın özü olduğu ehtimnal edilir.

***

10:55

Rusiyada məktəb şagirdi odlu silahdan atəş açıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.

Məktəbli qızın atəş açması nəticəsində xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR