Bank Of Baku

Rusiyada yol qəzası zamanı 9 nəfər xəsarət alıb

Rusiyada yol qəzası zamanı 9 nəfər xəsarət alıb
# 01 iyul 2023 05:40 (UTC +04:00)

Rusiyada ağır yol qəzası olub.

APA xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin yol polisinin "Telegram" kanalında məlumat verilib.

Yekaterinburq-Tüməen avtomobil yolunda baş vermiş qəza nəticəsində beşi azyaşlı olmaqla 9 nəfər xəsarət alıb.

İlkin məlumata görə, "Chevrolet" markalı avtomobili idarə edən 2004-cü il təvəllüdlü sürücü qarşıdan gələn zolağa çıxıb.

Ötmə zamanı 1980-ci il təvəllüdlü sürücünün idarə etdiyi "Honda" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 5-i azyaşlı olmaqla 9 nəfər xəsarət alıb.

Hadisə yerində Dövlət Yol Müfəttişliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və həkimlər işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR