Rusiyanın Kirov şəhərinin Perevoz kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, “Ford” markalı mikroavtobusla VAZ markalı mink avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin regional şöbəsinin məlumatına görə, ölənlərdən biri 2004-cü il təvəllüdlü yeniyetmə olub.
Xəstəxanaya yerləşdirilən yaralılardan 8 yaşlı uşağın vəziyyəti ağırdır.