Tatarıstanda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində biri azyaşlı olmaqla, 6 nəfər həlak olub.
APA RİA Novostiyə istinadən xəbər verir ki, qəza Çistopol rayonunda, Kazan-Orenburq yolunun 134-cü kilometrliyində baş verib.
Minik avtomobili yük maşını ilə toqquşub.
Qəza nəticəsində altı nəfər - sürücü və beş sərnişin həlak olub, sərnişinlərdən biri yaralanıb.
Çistopol şəhər prokurorluğu qəza ilə bağlı araşdırma aparır.