Rusiyanın Omsk vilayətində dəhşətli yol qəzasında dörd nəfər ölüb.
APA “Russian Today”-ə istinadən xəbər verir ki, vilayət hüquq-mühafizə orqanlarından 1965-ci il təvəllüdlü qadının idarə etdiyi “Lada Largus” markalı avtomobilin məsafə saxlamayaraq qarşıda gedən “MTZ-80” markalı traktorla toqquşduğu bildirilib.
Nəticədə avtomobildə olan dörd nəfər - 1985-ci il təvəllüdlü qadın və 2000-ci il təvəllüdlü oğlan hadisə yerində, 10 və 1 yaşlı qızlar isə aldıqları ağır xəsarətlərdən xəstəxanada ölüb.
Avtomobilin xanım sürücüsü, 2012-ci il təvəllüdlü qız və 2014-cü il təvəllüdlü oğlan isə xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.