Bank Of Baku

Rusiyada yol qəzasında 11 nəfər xəsarət alıb

Rusiyada yol qəzasında 11 nəfər xəsarət alıb
# 27 oktyabr 2019 04:20 (UTC +04:00)

Rusiyanın Həştərxan vilayətində şənbə günü sərnişin mikroavtobusu ilə "Mitsubishi Galant" markalı minik avtomobili toqquşub. 

APA RİA "Novosti”yə istinadən xəbər verir ki, Dzerjinski küçəsində baş verən toqquşma nəticəsində mikroavtobus aşıb.

Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsinin yaydığı xəbərdə bildirilir ki, qəzada 11 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR