Bank Of Baku

Rusiyada yük maşınını qaçıran şəxs qəza törədib, dörd turist ölüb - VİDEO

Rusiyada yük maşınını qaçıran şəxs qəza törədib, dörd turist ölüb - VİDEO
# 16 sentyabr 2023 23:46 (UTC +04:00)

Rusiyanın Murmansk vilayətində yük maşını ağır qəza törədib.

APA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yanacaqdoldurma məntəqəsində oğurladığı yük maşınını qaçıran şəxs qarşı yola çıxıb.

Nəticədə turistlərin olduğu “Mercedes” mikroavtobusu ilə toqquşan avtomobil dörd nəfərin ölümünə səbəb olub.

Sürücü və 3 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"Toqquşmaya səbəb olan ağır yük avtomobilinin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Hazırda o, tibbi müayinəyə göndərilir", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR