Rusiyanın Blaqoveşensk şəhərində yüksək sürətlə hərəkət edən avtomobil səkidə piyadaları vurub, ölənlər var.
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, Vasilenko küçəsində baş verən hadisə zamanı 5 nəfər ölüb, onlardan üçü uşaqdır.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.