Rusiyanın Samara vilayətində “Promsintez” zavodunda 6 nəfərin ölümü ilə nəticələnən partlayışın təfərrüatları məlum olub.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış zavodun istehsalat sexində boru kəmərində aparılan təmir işlərı zamanı baş verib.
Qeyd edək ki, “Promsintez” zavodunda partlayıcı maddələr - trotil, ammonal və digər tez alışan maddələr istehsal olunur.
***
12:48
Rusiyanın Samara vilayətində Promsintez zavodunda partlayış baş verib, 6 nəfər ölüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
Məlumatda 2 nəfərin də yaralandığı bildirilib.