Rusiyalı ekspert: Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi zəruridir

Rusiyalı ekspert: Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi zəruridir
# 26 fevral 2024 14:55 (UTC +04:00)

Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası vacibdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi beynəlxalq hüquq baxımından Azərbaycan xalqının soyqırımıdır. Erməni hərbçiləri amansız qırğın nəticəsində 613 azərbaycanlını - qadınları, qocaları və uşaqları qətlə yetiriblər. Xocalı soyqırımına görə günahkar olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası zəruridir", deyə Rusiya hərbi ekspert Teleqram hesabındakı paylaşımında qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR