Bank Of Baku

Rusiyalı jurnalistlərə Sergey Lavrovla BMT Təhlükəsizlik Şurasına birlikdə getmək üçün Amerika vizası verilməyib

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 23 aprel 2023 16:36 (UTC +04:00)

Rusiyalı jurnalistlərə xarici işlər naziri Sergey Lavrovla BMT Təhlükəsizlik Şurasına birlikdə uçmaq üçün Amerika vizası verilməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, nümayəndə heyətinin Nyu-Yorka yola düşdüyünü qeyd edib.

"Onların Nyu-Yorka uçuşuna 40 dəqiqə qalıb. Onların hamısı hava limanındadır. Viza verilmir. Amerika səfirliyindən cavab: “Biz bunun üzərində işləyirik”.

Söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır", deyə Zaxarova Telegram kanalında yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR