Moskva məhkəməsi müxalifət fəalı Vladimir Kara-Murzanı "dövlətə xəyanət" və Ukraynadakı müharibəni tənqid etməsi ilə bağlı digər ittihamlarla 25 il həbs cəzasına məhkum edib.
APA BBC-yə istinadən xəbər verir ki, Vladimir Kara-Murza ittihamları rədd edib və məhkəmə prosesini kəskin tənqid edib.
İki dəfə zəhərlənən və bundan sağ qurtulan tanınmış müxalifət fəalı Vladimir Kara-Murza bir il əvvəl həbs olunduqdan sonra dəmir barmaqlıqlar arxasındadır. Fəal ona qarşı irəli sürülən ittihamları siyasi ittiham kimi qəbul etməyib və ona qarşı aparılan məhkəmə proseslərini Sovet diktatoru Stalinin hakimiyyəti dövründəki "şou-məhkəmə"lərə bənzədib.
Kara-Murzaya qarşı ittihamlar martın 15-də Arizona Nümayəndələr Palatasında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pislədiyi çıxışından irəli gəlir. Müstəntiqlər onun həbsdə olduğu müddətdə "dövlətə xəyanət" ittihamını əlavə ediblər.
“Dediyim hər sözün arxasındayam. Dediklərimin heç birinə görə nəinki tövbə etmirəm, həm də bununla fəxr edirəm”, - ötən həftə keçirilən məhkəməsində Vladimir Kara-Murza bildirib.
41 yaşlı fəal Qərb hökumətlərini insan haqlarının pozulması və korrupsiyaya görə Rusiya rəsmilərinə sanksiya tətbiq etməyə inandırmaqda mühüm rol oynayıb.