Bank Of Baku

Rusiyalı politoloqa Ermənistana giriş qadağan edilib

Rusiyalı politoloq Andranik Miqranyan

© APA | Rusiyalı politoloq Andranik Miqranyan

# 15 dekabr 2024 22:10 (UTC +04:00)

Rusiyalı politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub.

APA xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib.

Lakin Yerevan Zvartnots Beynəlxalq Hava Limanında politoloqa xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə yoxdur.

Qadağanın səbəbləri barədə ətraflı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR