Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi bioloji fəaliyyəti fonunda əhalinin müxtəlif növ yoluxucu xəstəliklərə yoluxma riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Patruşev Krasnodarda Cənub Federal Dairəsinin milli təhlükəsizliyin təmin edilməsinə dair müşavirdə bildirib.
“ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi bioloji fəaliyyəti, o cümlədən yoluxucu xəstəliklərin patogenlərinin süni ocaqlarının yaradılması fonunda əhalinin təbii ocaqlı infeksiyalarla, o cümlədən müxtəlif yoluxucu xəstəliklərə yoluxma riskləri yüksəkdir”, - deyə RF Təhlükəsizlik Şurasının katibi vurğulayıb.