Rusiyanın üç regionu - Rostov, Kaluqa və Tula vilayətləri üzərində havada Ukraynaya məxsus pilotsuz uçuş aparatları məhv edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kaluqa qubernator Vladislav Şapşa Ukrayna dronunun şəhər kənarındakı nasos stansiyasının texniki strukturu üzərində partladığını və binaya ziyan dəydiyini söyləyib.